I Liqa təmsilçisi "Difai"nin çalışdırıcısı Adil Mahmudov bir neçə Avropa klubunun hədəfindədir.
Offsideplus.az xəbər verir ki, bu məlumatı saytımıza açıqlamasında tanınmış agent Əsgər Cəfərzadə verdi:
"Əməkdar məşqçi Adil Mahmudov Avropa klublarının diqqət mərkəzindədir. Bununla bağlı mənə müraciətlər olub. Mütəxəssis hazırda I Liqada çıxış edən "Difai"ni çalışdırır. Düşünürəm ki, bəzi klubların uşaq-gənclər futbolunun inkişafı sahəsində bizim Mütəxəssisə ehtiyacı var. Oktyabrda İngiltərəyə səfər edəcəm. "Mançester Siti"nin akademiyasının təcrübəsini Azərbaycana gətirmək istəyirəm. Bu yöndə Adil Mahmudovun da bizə bu işdə kömək olacağını düşünürəm".

.jpg?1727254594477)



