"Azarkeşlərin zövq alacağı, çox maraqlı və gərgin oyun keçəcək. Çempionata güclü hazırlaşıb, yaxşı nəticə ilə başlamağa çalışacağıq".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Qaradağ Lökbatan"ın baş məşqçisi Azər Həşimov I Liqanın ilk turu çərçivəsində "Karvan"la keçiriləcək oyun haqqında danışarkən bildirdi.
Qəsəbə təmsilçisinin çalışdırıcısı çempionata rəng qatacaqlarını qeyd etdi:
"Hazırlıqlarımız davam edir. Yoxlama oyunları keçiririk. Oyunumuzla çempionata rəng qatmaq istəyirik. Əzmkar, döyüşkən kollektivlə bu mövsüm də çempionluğa oynayaraq sona qədər mübarizə aparacağıq".