I Liqa təmsilçisi "İmişli" daha bir futbolçunu transfer edib.
Offsideplus.az xəbər verir ki, Aran klubu İdris İnqilablı ilə razılaşıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. "İmişli" Premyer Liqaya vəsiqə qazansa, oyunçu ilə sazişin müddəti uzadılacaq.
Qeyd edək ki, 22 yaşlı futbolçu "Qəbələ", "Sabah", "Kəpəz" kimi klublarda çıxış edib.