I Liqaya yeni vəsiqə qazanan "Baku Sportinq" heyətini 2 futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Buzovna təmsilçisi Cəfər Əlizadə və Azad Rəcəbovla yeni müqavilə imzalayıb. Hər iki oyunçu ilə 1 illik saziş bağlanıb.

Qeyd edək ki, həm Cəfər, həm də Azad ötən mövsüm "Baku Sportinq"in heyətində II Liqada çempion olmağı bacarıb.