İyulun 15-i Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə “Zaqatala” və "Timsport" şirkəti arasında tərəfdaşlıq sazişi bağlanıb.

Mərasimində tərəfdaşlıq müqaviləsini klubunun İdarə Heyətinin sədri Şaban Şirdanov və kompaniyanın direktoru Tamerlan Hüseynov imzalayıblar.

Müqaviləyə əsasən, "Timsport" “Zaqatala”nı idman avadanlıqları ilə təmin edəcək. İdman ləvazimatları əsas komanda və akademiya komandalarının istifadəsinə veriləcək.

Bununla yanaşı, I Liqa təmsilçisi tərəfindən Zaqatalanın 5 kəndində yaradılacaq uşaq futbol dərnəkləri "Timsport" tərəfindən idman avadanlıqları ilə təmin ediləcək.