"Qaradağ Lökbatan" yeni mövsüm hazırlıqlarına başlayıb.

Offsideplus.az xəbər verir ki, I Liqa təmsilçisinin baş məşqçisi bəlli olub. Qəsəbə təmsilçisini yeni "futbol ili"ndə də Azər Həşimov çalışdıracaq. Lökbatanlılar gənc mütəxəssislə 1 mövsümlük yeni saziş imzalayıb. Bu məlumatı saytımıza açıqlamasında məşqçinin özü də təsdiqləyib.

Qeyd edək ki, Azər Həşimovun komandası 2023/24 mövsümünü I Liqada ikinci pillədə başa vurub.