"Heyətdə zədəlilərimiz çox idi. Oyuna az futbolçu ilə getmişdik. Stadionun ot örtüyü də bərbad vəziyyətdə idi".
Bu sözləri Offsideplus.az - a açıqlamasında "İmişli"nin futbolçusu İdris İnqilablı "Karvan"a məğlubiyyəti şərh edərkən bildirdi.
Oyunçu qarşılaşmadan əvvəl "ayın qolu" mükafatına layiq görülməsi və gedişatda qırmızı vərəqə alması barəsində danışdı:
"Bəzən belə hadisələr baş verə bilir. Bir tərəfdən sevinəndə, başqa nəyəsə də məyus oluruq. Emosiyaları gizlətmək olmur. Komandadan ötrü adam hər şey etmək istəyir. Azarkeşlər meydana butulkalar atmaqla düzgün etmədilər".