Pley-off matçlarında “Cəbrayıl”a uduzan “Araz Saatlı” I Liqanı tərk etdi.

Aran təmsilçisi 2024/25 mövsümündə II Liqada mübarizə aparacaq. Redaksiyamıza daxil olan məlumata görə, klub maliyyə problemləri ilə üzləşib. Saatlı təmsilçisinin dağılmaq ehtimalı da var. İnformasiyanı dəqiqləşdirmək üçün klubun prezidenti Ədalət Abdullayevə müraciət etdik. “Araz Saatlı” rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Bu iddia tamamilə yanlışdır. Biz II Liqaya ciddi şəkildə hazırlaşırıq. Hətta çempion olmağı hədəfləyirik”.