Bir müddət öncə Azər Həşimovun adı "İmişli" ilə hallanırdı.

Gənc mütəxəssis saytımıza açıqlamasında məlumatı təsdiq etməmişdi. O, bildirmişdi ki, yaxın günlərdə "Qaradağ Lökbatan"da qalıb-qalmayacağı bəlli olacaq. Görəsən, bu məsələnin axırı necə oldu? Azər Həşimov məşqçilik karyerasını harada davam etdirəcək? Gənc məçqçi məsələ ilə bağlı Offsideplus.az-a bunları söylədi:

"3 gün bundan öncə "Qaradağ Lökbatan" rəhbərliyi ilə danışığımız olub. Klublara ayrılan büdcə müəyyən olunandan sonra hər şeyə aydınlıq gələcək. Gözləyirəm ki, federasiyanın klublara ayırdığı məvacibi bilinsin. Bundan sonra rəhbərliklə görüşüm olacaq. Danışıqdan sonra hansı komandada davam edəcəyimə qərar verəcəm."