Son zamanlar “Qaradağ Lökbatan”ın baş məşqçisi Azər Həşimovun adı “İmişli” ilə hallanır.

Məlumatda bildirilir ki, "çəhrayı pələnglər" gənc mütəxəssisə "1+1" şərti ilə müqavilə təklif edib. Məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlovla əlaqə saxladıq. 

Funksioner Offsideplus.az-a açıqlamasında bunları söylədi:

“Komandanın baş məşqçisi hələ Əsgər Abdullayevdir. Mayın sonu onunla müqaviləmiz bitəcək. Sözləşməni uzadıb-uzatmayacağımızla bağlı qərar verilməyib. Azər Həşimova isə hələlik heç bir rəsmi təklifimiz olmayıb. Düzdür, bir neçə məşqçilər var ki, onların işi ilə bağlı müzakirələr gedir. Bir müddət sonra İdarə Heyətinə təqdimat verəcəyik. Sonda məşqçi barəsində qərar veriləcək. Hələlik İdarə Heyəti bizdə yığılmayıb. Qısacası, Azər Həşimovla bağlı məsələ həqiqəti əks etdirmir”.