"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Sportbible"a açıqlamasında Messi, Ronaldo və Mbappe üzərindən hazırki və keçmiş futbolu şərh edib:

"Karyeramda çox peşmanlığım olmayıb. Rəhbərlik etmədiyim bəzi futbolçular olub. Məsələn, Messini heç vaxt çalışdırmadım. Onun onsuz da çalışdırıcıya ehtiyacı yoxdur. Leoya nə isə öyrətməyi düşünmək ağılsızlıqdır. Çünki, o hər şeyi ilə doğulub və nə zaman nəyi etməyin lazım olduğunu yaxşı bilir. Sadəcə Messinin heyətinizdə olması qüruruna sahib olduğunuzu söyləyə bilərsiz. "İnter Mayami"nin belə bir ulduzu olduqdan sonra yüksəlişi təəccübləndirici deyil. "Barselona"dan ayrılacağını gözləmirdim. Bir futbolçu peşəkardırsa, bütün liqalarda oynaya bilər. Ancaq Messi həm bir oyunçu, həm də hocadır".

Mütəxəssis Kilian Mbappe haqqında da danışıb:

"Mbappe bəlkə də dünyanın ən böyük futbolçusu deyil, amma hazırda qiymət baxımından ən dəyərli oyunçudur. Fransa Dünya çempionu olanda onun da heyətdə olması şans deyildi".

Mourinyo futbol tarixinin ən yaxşı "üçlüy"ündə Pele, Maradona və Messiyə yer ayırıb. O, bir zamanlar komandasında çıxış etmiş Kristiano Ronaldonu siyahıdan kənarda qoyub.