Azərbaycan millisinin ukrayna əsilli cüdoçusu  İrina Kindzerska Rusiyanın hücumu nəticəsində evsiz qalıb.

Offsideplus.az  xəbər verir ki, 30 yaşlı idmançı bu haqda sosial şəbəkə hesabında məlumat verib:

“Rusiya xalqına mənim çəkdiyimi arzulayıram. Bu gün biz evsiz qaldıq. Amma Allaha şükür sağıq. Hamınıza nifrət edirəm”.

Qeyd edək ki, onun  Ukraynanın İrpen şəhərindəki evi silahlı hücuma məruz qalıb. O, hazırda ailəsi ilə birlikdə təhlükəsiz yerdədir.

Xatırladaq ki, Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal əldə etmişdi.