Braziliyanın "Qremio Desportivo Prudente" klubunun futbolçusu Kesli Silva Santos kuryoz zədə alıb.

Offsideplus.az xəbər verir ki, o, Paulista Kubokunun qrup mərhələsində səfərdə "Monte Azul"a qarşı matçda sıradan çıxıb.

Belə ki, Santos görüşün 79-cu dəqiqəsində penalti yerinə yetirib. Onun zərbəsini rəqib qapıçı qaytarsa da, təkrar zərbə ilə top tora qovuşub. 

Kesli qolun sevincini dünya ulduzu Kriştiano Ronaldu kimi yaşamaq istəyib. Lakin o, havaya tullandıqdan sonra uğursuz eniş etdiyinə görə dizindən ciddi zədələnib.

Onu xərəklə meydançadan çıxarıblar.

Oyun 1:1 hesabı ilə nəticələnib.