ABŞ-da təşkil olunan klublararası dünya çempionatında daha bir kollektiv 1/4 finalda iştirak hüququna yiyələnib.
Offsideplus.az xəbər verir ki, Avropa derbisində "Real Madrid" "Yuventus"u üstələyib.
Bu, "kral klubu"nun yeni baş məşqçisi Xabi Alonsonun 4-cü oyunda ardıcıl 3-cü qələbəsi olub.
Özü də bu qələbələr zamanı "Real Madrid" qapısını toxunulmaz saxlayıb.
Bundan öncə "Palmeyras, "Çelsi", "Bavariya", PSJ, "Fluminense" və "Əl-Hilal" komandaları 1/4 finala yüksəliblər.
Klublararası dünya çempionatı, 1/8 final
"Real Madrid" - "Yuventus" 1:0
Qonsalo Qarsiya, 54