ABŞ-da təşkil olunan klublararası dünya çempionatında A qrupunda mübarizə başa çatıb.

Offsideplus.az xəbər verir ki, dünya ulduzu Lionel Messinin formasını geyindiyi "İnter Mayami" Braziliyanın "Palmeyras" klubu ilə qarşılaşıb.

Bu gün 38 yaşını tamamlayan argentinalı dünya çempionu öz ad günündə qol vura bilməsə də, heç-heçə sayəsində komandasının 1/8 finala yüksəlməsinə kömək edib.

Qrupdakı digər görüş də heç-heçə nəticələnib.

A qrupu

"İnter Mayami" - "Palmeyras" 2:2

"Əl-Əhli" - "Portu" 4:4

                               O Q H M T X

1. "Palmeyras"     3 1 2 0 4-2 5

2. "İnter Mayami" 3 1 2 0 4-3 5

3. "Portu"               3 0 2 1 5-6 2

4. "Əl-Əhli"             3 0 2 1 4-6 2