"Botafoqo"ya qarşı görüş çox gərgin keçdi. Əlbəttə, nəticəyə görə məyusuq".

Offsideplus.az xəbər verir ki, bu sözləri Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike klublararası dünya çempionatında "Botafoqo"ya məğlubiyyətdən (0:1) sonra deyib. 

İspan çalışdırıcı uğursuzluğun səbəbini belə izah edib: "Botafoqo" təşkilatlanmış şəkildə müdafiə olundu. Demək olar ki, bunu Fransa çempionatı və UEFA Çempionlar Liqasındakı bütün rəqiblərimizdən yaxşı bacardılar. Oyunun lap əvvəlindən bizə çətin idi. Ona görə nəticə qanunauyğundur. Bizə qarşı mübarizə aparmaq rəqiblərə əlavə motivasiya verir. Oyun planında bir qədər artırmağımız lazımdır".

Qeyd edək ki, B qrupunda yarışan PSJ birinci turda Madrid "Atletiko"sunu 4:0 hesabı ilə mğlub etmişdi. Paris komandası son turda ABŞ təmsilçisi "Sietl Sounders"lə qarşılaşacaq.