Futbol üzrə I Liqanı son pillədə bitirən "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzad AFFA Apellyasiya Arbitraj Tribunalına verdiyi şikayət təmin olunmayıb.
Offsideplus.az xəbər verir ki, gənc çalışdırıcı bu il mayın 16-da I Liqanın XXVI turu çərçivəsində səfərdə “Karvan”la oyunda hakimləri təhqir edib.
Bu səbəbdən AFFA İntizam Komitəsi onu 5 oyunluq cəzalandırıb və “Qaradağ Lökbatan”ı 400 manat cərimələyib.
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı A.Quluzadənin müraciətinə əsasən işə bir daha baxıb və İntizam Komitəsinin qərarını dəyişməyib.