Misli Premyer Liqasının XXXI turunda "Neftçi"yə qarşı keçirilən matç "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, 53 yaşlı çalışdırıcı məşqçilik karyerasında 550-ci oyununa çıxıb.

O, bu gün qələbə sayında da yubileyi gerçəkləşdirib. Belə ki, "Neftçi" üzərində 3:0 hesablı qalibiyyət təcrübəli mütəxəssis üçün sayca 350-ci olub.

Xatırladaq ki, Azərbaycanın ən güclü məşqçisi sayılan Qurban Qurbanov "Qarabağ"dan (2008-ci ildən indiyədək) savayı, "Neftçi" klubunda (2006-2007-ci illər) və əsas milli komandamızda (2018-ci il) işləyib.