"Mançester Yunayted" klubunun yetirməsi Co Tompson 36 yaşında vəfat edib.
Offsideplus.az xəbər verir ki, futbolçunun ölümünə xərçəng xəstəliyi səbəb olub.
Hələ 2023-cü ili aprelində Tompsona xərçəng xəstəliyinin 4-cü mərhələsi diaqnozu qoyulmuşdu. O, 2019-cü ildə futbolçu karyerasını başa vurub və son illərini ağciyərləriindəki xəstəliklə gərgin mübarizəyə həsr edib.
"Kədər hissi ilə bildiririk ki, Co Tompson həyatdan getdi. O, istiqanlı, səmimi və gənc yaşlarından klubumuza sədaqətli oyunçi idi. Bu ağır məqamda Conun ailəsi və yaxınları ilə birgəyik", - deyə "Mançester Yunayted"in yaydığı bəyanatda bildirilir.
Co "Mançester Yunayted"də yetişsə də, "qırmızı şeytanlar"la heç bir rəsmi matça çıxmayıb. O, "Tranmer Rovers", "Beri", "Sautport" və "Karlayl Yunayted" kimi klubların şərəfini qoruyub.



