İspaniya millisi və "Barselona"nın sabiq baş məşqçisi Luis Enrike ianə edib. 

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis Dünya Kubokunda "Twitch"də açdığı canlı yayımlardan əldə etdiyi 30 000 avronu onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün xeyriyyə fonduna bağışlayıb. 

Qeyd edək ki, Luis Enrike 2019-cu ildə qızını xərçəngdən itirib.