Red Bull Doodle Art müsabiqəsinə start verilir.

Offsideplus.az xəbər verir ki, "Red Bull Doodle Art" yeni nəsil rəssamları kəşf edən qlobal müsabiqədir və tələbələr və yaradıcı insanlar üçün unikal bir imkan yaradır. REDBULL.AZ/DOODLE-ART saytından qeydiyyatdan keçməklə bu imkandan yararlana bilərsiniz.

Münsiflər heyəti yaradıcılıq, bədii bacarıq və həyata sevgini ifadə etmə meyarlarına görə ən yaxşı cızma-qaranı qalib seçərək Red Bull Doodle Art müsabiqəsinin Dünya Finalına göndərəcək.

Milli Finalçı 25-28 may tarixlərində Amsterdamda üç günlük inanılmaz bir təcrübə yaşayacaq: dünyanın müxtəlif ölkələrindən olan milli finalçılarla görüş, seminarlar, eksklüziv yaradıcılıq sessiyaları və nəhayət Red Bull Doodle Art 2023-ün qlobal qalibinin elanı.

Müsabiqədə 18 yaşdan yuxarı Azərbaycanda yaşayan hər kəs iştirak edə bilər.

Qeydiyyat linki: www.redbull.az/doodle-art