"Barselona" və Braziliya millisinin sabiq hücumçusu Karlos Roberto de Oliveyra 68 yaşında vəfat edib.
Offsideplus.az "Sportrbc.ru"ya istinadən xəbər verir ki, onun dünyasını dəyişməsinin səbəbi bağırsaq xərçəngi olub.
Roberto 1971-1979-cu illərdə və 1980-1993-cü illərdə “Vasko da Qama”da oynayıb, keçirdiyi görüşlərin (1110) və vurulan qolların (708) sayına görə klubun rekordçusu olub.
O, həmçinin İspaniyanın “Barselona”, Braziliyanın “Portuqaliya” və “Kampo Qrande” klublarında da çıxış edib. 2008-2014-cü illərdə isə keçmiş futbolçu “Vasko da Qama”nın prezidenti vəzifəsində çalışıb.
Qeyd edək ki, Roberto Braziliya millisinin heyətində 38 oyuna çıxıb və 20 qol vurub. Yığma komanda ilə Dünya Çempionatının bürünc mükafatçısı (1978), Amerika Kubokunun gümüş (1983) və bürünc (1975) mükafatçısı olub.