"Oğlum Vətən Müharibəsindən qayıdandan sonra Gürcüstanın "Borjomi" komandasında peşəkar futbolla məşğul oldu. Hazırda zədələndiyinə görə vətənə gəlib".

Offsideplus.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli söyləyib. O, futbola marağı olan oğlunun iş tapmadığını qeyd edib:

"Biz də istəyirik ki, oğlum Azərbaycanda bir iş tapıb işləsin. Düzünü desəm, baxmayaraq ki, peşəkar futbola olduqca böyük marağı var, istəyirik mühüm iş tapa bilsin. Hələlik iki aydan artıqdır iş tapa bilməyib”.