Polşanın "Legiya" klubu ilə razılığa gələn Mahir Emreli sosial şəbəkə hesabında paylaşım edərək "Qarabağ"la vidalaşıb.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçu "Bakı" klubuna, "Qarabağ"a, ata əvəzi adlandırdığı Qurban Qurbanova təşəkkürlərini bildirib. Futbolçu sonda onu sevən və sevməyən, tərifləyən, tənqid edən və hətta təhqir edən azarkeşlərin analarının əllərindən öpdüyünü açıqlayıb.
Həmin paylaşımı təqdim edirik: