"Kolo-Kolo"nun futbolçusu Arturo Vidal və bəzi komanda yoldaşları cinsi təcavüzdə ittiham edilirlər.
Offsideplus.az xəbər verir ki, bu barədə ADN telekanalı məlumat verib.
Mənbənin məlumatına görə, hadisə Santyaqo şəhərində yerləşən barlardan birində baş verib. Təcavüzə uğrayan narkotik vasitənin təsiri altında olduğundan hadisələr daha da gərgin fonda keçib. Vidal və bir neçə həmkarı məsələdə təqsirləndirilir.
Qeyd edək ki, Vidalın hazırkı klubu ilə müqaviləsinin müddəti bu ilin sonu başa çatır.