Duqlas Luizə külli miqdarda ziyan vurulub.

Offsideplus.az xəbər verir ki, İtaliya A Seriyasının VIII turu çərçivəsində baş tutan "Yuventus" - "Latsio" matçı zamanı Turin təmsilçisində çıxış edən braziliyalının evi qarət olunub. Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

26 yaşlı oyunçunun dəyəri 500 min avroya yaxın olan 11 qol saatı və futbolçu olan sevgilisi Alişa Lehmanın almaz boyunbağısı oğurlanıb. İtaliya polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.