Ulduz futbolçunun karyerasını bitirəcəyi tarix bəlli olub.

Offsideplus.az xəbər verir ki, Andres İnyesta futbolla vidalaşmağa qərar verib. Bu barədə ispan mediasından "Relevo" məlumat yayıb.

40 yaşlı əfsanənin 8 oktyabrda Barselonada təşkil olunacaq tədbirdə qərarını açıqlayacağı və gələcəklə bağlı planalarından danışacağı öyrənilib.

Qeyd edək ki, İnyesta karyerası ərzində 1 Dünya, 2 Avropa, 4 Çempionlar Liqası olmaqla 38 kubok qazanıb.