İtaliyalı əfsanə Roberto Baggionun evi qarət olunub.

Offsideplus.az xəbər verir ki, hadisə dünən gecə, 57 yaşlı sabiq futbolçu və ailəsi AÇ-2024 oyunu izləyən zaman baş verib. Azı 5 nəfər şəxs evə soxulub. Oğruların qarşısını almaq istədikdə, onlar Robertonun başına zərbə endiriblər.

Hadisədən sonra italiyalı dərhal xəstəxanaya yerləşdirilib və başına tikiş atılıb.

Polis araşdırma aparır.