Gəncə İdman Sarayında start götürən U-20 Azərbaycan çempionatının ilk gününə yekun vurulub və 5 çəki dərəcəsi üzrə finalçılar bəlli olub.
Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kq çəkilərdə bütün rəqiblərinə qalib gələrək həlledici mərhələyə yüksələn pəhləvanlar məlumdur:
55 kq Nicat İsgəndərli (Sumqayıt, "Neftçi") - Emin Cavadlı (AHİTA)
63 kq Tural Əhmədov (AHİTA) - Əmrah Əmrahov (Masallı)
72 kq Yusif Əhmədli (DİN, Sabirabad) - Kamran Rəcəbli ("Neftçi")
82 kq Nicat Yeylaqaliyev (Abşeron, DİN) - Zaur Hüseynli (Abşeron)
97 kq Mahir Qurbanlı ("Neftçi") - Rihad İbrahimli (Sumqayıt, "Neftçi")



