U-17 Qızlar Liqasında mövsümün qalibi məlum olub.

Offsideplus.az xəbər verir ki, “Zaqatala City” klubunu 14:0 hesabı ilə məğlub edən "Sabah" çempionluğunu elan edib. Matçda qollara Tərgül Qəniyeva (7), Mehri Məmmədzadə (4), Aysu Əsədova (2) və Qönçə Quluzadə (1) imza atıblar.

Mehdi İbrahimovun yetirmələri çempionatın sonuna 2 tur qalmış bunu əldə edib.

Qeyd edək ki, qızlardan ibarət "Sabah" U-17 komandası ötən il də mövsümü çempion kimi başa vurmuşdu.