London "Arsenal"ının dörd futbolçusu karantin qaydasını pozub.
Offsideplus.az xəbər verir ki, müdafiəçi David Luis, yarımmüdafiəçi Qranit Caka və hücumçular Aleksandr Lyakazett və Nikolya Pepe karantin qaydalarına əməl etməyiblər. Klub rəhbərliyi buna görə oyunçularla izahlı söhbət edib və onlara töhmət verib.
Sözügedən futbolçular cərimələnə də bilər.