"Fiorentina" klubunda 6 nəfərdə koronavirus testinin nəticəsi müsbət çıxıb.

Offsideplus.az xəbər verir ki, onlardan 3-ü futbolçu, 3-ü isə klubun əməkdaşıdır.

Koronavirusa yoluxmuş şəxslərin karantində olacağı, digər oyunçuların isə sabahdan ehtiyat tədbirlərinə riayət etməklə fərdi məşqlərə başlayacağı bildirilib.