Argentina nəhəngi “Boka Xuniors” 33 yaşlı italyan yarımmüdafiəçi Marko Verrattinin transferi ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, hazırda “Əl-Duhail” klubunda çıxış edən Verratti Boka rəhbərliyinin transfer siyahısına daxil edilib və Buenos-Ayres təmsilçisi onunla bağlı mümkün keçidi qiymətləndirir.

Tərəflər arasında hələlik rəsmi razılaşma olmasa da, “Boka Xuniors”un bu keçid üçün ciddi addımlar ata biləcəyi bildirilir.