Afrika Millətlər Kubokunda 1/8 final oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, "Şamaxı"nın futbolçusu Alfons Msanqa çıxış etdiyi Tanzaniya yığması bu mərhələdə ev sahibi Mərakeşlə qarşılaşıb.

Oyunda yeganə qolu "Real Madrid"in üzvü Brahim Dias vurub.

Beləliklə, Tanzaniya milli komandası üçün turnir başa çatıb.

A. Msanqa turnirdə 4 oyunun hamısına əsas heyətdə başlayıb. O, yalnız sonuncu - Mərakeşlə görüşdə 83-cü dəqiqədə əvəzlənib.

Mərakeşin 1/4 finaldakı rəqibi Kamerun yığması olacaq. Onlar CAR-ı 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəliblər.