"Beşiktaş" klubu Ozan Can Kökçünü transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri məlumat yayıb.
Ozan Can hazırda Niderlandın "Volendam" klubunda çıxış edir.
O, bu transferin gerçəkləşməyini çox istəyir.
Onun balaca qardaşı Orkun da "Beşiktaş"ın formasını geyinir.
Qeyd edək ki, Ozan Can Azərbaycan yığmasının üzvüdür. O, milli komandamızın heyətində 14 oyuna çıxıb.



