Aleksandr Sörlot "Fənərbağça"ya transfer olunmağa razılıq verib.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı-lacivərtlər" 30 yaşlı hücumçunu uzun müddət idi ki, heyətinə cəlb etmək istəyirdi. Klub futbolçunun 12 milyon avroluq məvacib tələbinə endirim edəcəyi bildirilir. Belə ki, o, "Fənərbağça"ya "siz klubumla anlaşın, biz də maaş məsələsində razılaşarıq", mesajını göndərib.
Bundan sonra Türkiyə klubu "Atletiko Madrid"in 35 milyon avroluq istəyi üzrə danışıqlara başlayıb.



