"Barselona"nın hücumçusu Robert Levandovskidən maraqlı bir etiraf gəlib.
Offsideplus.az xəbər verir ki, polşalı futbolçu qatıldığı bir proqramda ""Barselona" "Bayern Münhen"ə ekstra bonus ödəməmək üçün səndən qol vurmamağını istəyibmi"? sualına belə cavab verib:
"Danışmaq istəmədiyim şeylər var. Çünki "Barselona"ya və klubda çalışanlara böyük hörmətim var. O dönəm klubda hər qəpiyin önəmi var idi. Amma zatən az bir bonus da deyildi. Mənim üçün dəyişən heç nə yox idi. Ancaq qol vurub-vurmamaq barəsində tərəddüd yaşamışam".



