Futbol üzrə milli komandaların ən yaxşı baş məşqçisi açıqlanıb.
Offsideplus.az xəbər verir ki, mükafatın sahibi İspaniya yığmasını çalışdıran Luis de la Fuente olub.
Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.
64 yaşlı mütəxəssis 136 xal toplayıb.
İkinci yeri Portuqaliya milli komandasının baş məşqçisi Roberto Martines, üçüncü yeri isə Argentinanı dünya çempionu edən Lionel Skaloni tutub.



