"Trabzonspor"un futbolçusu Krist İnao Ulay bir çox klubun diqqət mərkəzindədir.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı pleymeykeri "Mançester Siti" və "Mançester Yunayted" yaxından izləyir.
Bu barədə "teamTALK" məlumat yayıb.
İnao Ulay bu ilin yayında Qaradəniz təmsilçisinə qoşulub. "Trabzonspor" onun üçün "Bastiya"ya 5.5 milyon avro ödəyib.
O, cari mövsüm 9 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.



