"İnter Mayami" klubu argentinalı futbolçu Rodriqo De Paul birdəfəlik heyətinə cəlb edəcək.
Offsideplus.az xəbər verir ki, Madrid "Atletiko"su bu keçiddən 15 milyon avro qazanacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
RDP bu yay Florida təmsilçisinə qoşulub. O, burada 23 oyunda 2 qol vurub və 7 məhsuldar ötürmə edib.



