Futbol üzrə Braziliya A seriyasında çempion bəlli olub.

Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın sabiq hücumçusu Juninyonun forma geydiyi “Flamenqo” çempionatın qalib olub.

XXXVII turda “Seara”nı minimal hesabla məğlub edən komanda sona bir tur qalmış  çempionluğu təmin edib. “Flamenqo” ikinci sıradakı “Palmeyras”ı 5 xal qabaqlayır.

Qeyd edək ki, Juninyonun komandası tarixində 9-cu dəfə Braziliya çempionu olub.