İsveç çempionatını tərk etməsi dəqiqləşən "Norrkopinq" azarkeşləri stadionu yandırıblar.
Offsideplus.az xəbər verir ki, partlayıcı və yanıcı maddələrin istifadəsindən sonra liqaya yüksəlmə çərçivəsində keçirilən pley-off üzrə "Norrkopinq" - "Örqrite" oyunu dayandırılıb. Uzunmüddətli fasilədən sonra matç qaldığı yerdən davam edib, lakin 50 saniyə sonra yenidən meydana futbolçularadan bir neçə metr uzaqlığa məşəl atıblar və nəticədə yeni fasilə yaranıb.
Oyun start fitindən 4 saat 30 dəqiqə sonra başa çata bilib və görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. İlk oyunda 3:0 hesablı qələbə qazanan "Örqrite" komandası İsveç çempionatına vəsiqəni təmin edib.



