FIFA-nın Kriştianu Ronalduya verilmiş cəzanı azaldaraq onun Portuqaliyanın Dünya Çempionatının ilk iki oyununda iştirakına icazə verməsi beynəlxalq futbol arenasında narazılıq yaradıb.
Offsideplus.az xəbər verir ki, məlumata görə, rəqib komandalar normalda tətbiq olunan üç oyunluq cəzanın bərpa edilməsi üçün idman arbitraj məhkəməsi olan CAS-a müraciət etməyə hazırlaşırlar.
Bu addım FIFA-nın qərarına qarşı mümkün hüquqi prosesin başlanmasına səbəb ola bilər.



