"Barselona"nın futbolçuları Rafinya və Lamin Yamal zədəsini sağaldıb.

Offsideplus.az xəbər verir ki, onlar hər ikisi bugünkü "Çelsi" ilə oyunda iştirak edə bilər.

Yamal cari mövsüm 12 oyunda 6 qol və 8 assist, Rafinya isə 8 oyunda 3 qol, 2 assistə imza atıb.

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin V turunda oynanılacaq "Çelsi" - "Barselona" oyunu noyabrın 25-dən 26-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.