"Fənərbağça" gələn yay iki "Barselona" futbolçusunu birdən transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" həm Robert Levandovski, həm də Andreas Kristensenlə maraqlanır.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Levandovski "Fənərbağça"nın təklifinə hələlik "hə" deməyib. Kristensen isə bu keçidə daha müsbət yanaşır.

Qeyd edək ki, hər iki oyunçunun katalon klubu ilə sözləşməsi cari mövsümün sonunda başa çatır.