İrlandiya - Portuqaliya oyununda (2:0) qırmızı vərəqə ilə meydandan qovulan Kriştiano Ronaldonun cəzası gözləniləndən ağır ola bilər.
Offsideplus.az xəbər verir ki, Portuqaliya mundiala vəsiqə qazanarsa, 40 yaşlı futbolçu ilk oyunları qaçıra bilər.
Bu barədə "BBC" məlumat yayıb.
Ronaldo İrlandiya ilə matçda qırmızı vərəqə ilə cəzalandığına görə 3 oyunluq cəza ala bilər və DÇ-2026-da qrup mərhələsinin ilk 2 görüşündə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, ulduz futbolçu Portuqaliya yığması ilə 226-cı matçında ilk dəfə qırmızı vərəqə ilə cəzalanıb.



