“Yenidən Qırğızıstana qayıtmağı planlaşdırıram”.

Bunu Offsideplus.az saytına açıqlamasında futbolçu İlkin Muradov deyib.

29 yaşlı yarımmüdafiəçi bu yay transfer olduğu  “Abdış-ata” klubu ilə yolların ayrılmasına münasibət bildirib: “Qırğızıstanda havalar soyuq keçdiyi üçün futbol mövsümü bir il olur. Hazırda orada mövsüm bitib. Üstəlik, mən 5 aylıq müqavilə əsasında getmişdim. Həmin vaxt da başa çatıb. Bir müddət istirahət etməyi düşünürəm. Ancaq dincəldikdən sonra qısa zaman ərzində yenidən Qırğızıstana qayıtmaq istəyirəm. Çox güman, “Abdış-ata” komandası ilə müqavilə yenilənməyəcək. Ancaq orada başqa bir variantımız da var. Həmin təklifi dəyərləndirməyi düşünürük”.

Qeyd edək ki, Qırğızıstan təmsilçisi dünən azərbaycanlı futbolçuları İlkin Muradov və Mirabdulla Abbasovla yollarını ayırdığını açıqlayıb. Mirabdulla komanda ilə 6, İlkin isə 14 oyuna çıxıb. "Abdış-Ata" çempionatı 54 xalla üçüncü pillədə tamamlayıb.