“Qələbə bizim üçün vacib idi”.
Offsideplus.az xəbər verir ki, bunu Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Aqil Nəbiyev deyib.
Mütəxəssis III MDB Oyunlarında yığmamızın Qırğızıstan komandası üzərində 4:0 hesablı qələbəsini şərh edib: “Bizi çətin oyun gözlədiyini bilirdik. Üstəlik, hava da yağışlı idi. İki fərqli hissə izlədik. İlk hissədə daha çox topa sahib olan rəqib idi, ancaq fasilədən sonra vəziyyət dəyişdi. Finala vəsiqə qazandıq. Rusiya və Belarus komandalarından birini gözləyirik. Əlimizə düşən fürsətlərdən istifadə etsəydik, hesab daha böyük ola bilərdi. Hədəfimiz çempion olmaqdır. Təbii ki, bunun asan olmayacağını da bilirik".
Baş məşqçı qələbəni azarkeşlərə həsr edib: "AFFA rəhbərliyi yanımızdadır. İnanıram ki, finalda da yanımızda olacaqlar. Azarkeş dəstəyini də hiss edirik. Yaxşı nəticələrimiz var, ümid edirəm ki, bunun davamını gətirə biləcəyik. Son oyunlar qələbələrimiz ard-arda gəlir. Bu da görülən düzgün işin nəticəsidir. Buna görə komandama, bizi dəstəkləyən insanlara təşəkkürümü bildirirəm. İlk qələbəmizi şəhid ailələrinə və qazilərə həsr etmişdik. Bu qələbəni isə azarkeşlərimizə həsr edirəm”.
Qeyd edək ki, U-16 həlledici oyunda Rusiya - Özbəkistan cütünün qalibi ilə qarşılaşacaq.


