Madrid "Atletiko"su ötən gecə Çempionlar Liqasında "Ayntraxt"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi görüşdən 5:1 hesablı qələbə ilə ayrılıb.
Oyunda komandasının 3-cü qolunu vuran Antuan Qrizman tarixə keçib.
O, burada 200-cü qoluna imza atıb və bunu tarixdə bacaran ilk "Atletiko" futbolçusu olub.
Qrizman Madrid klubunda 10-cu mövsümünü keçirir. O, 200 qol 454 matçda çatıb.


