Karim Benzema "Əl-İttihad"ın "Əl-Oxdud"u 5:2 hesabı ilə məğlub etdiyi matçda het-trik edib.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı hücumçu karyerasında vurduğu qolların sayını 501-ə çatdırıb. O, 500 qol səddini keçən ilk fransalı futbolçu olub.

Benzema bu qolların 354-nü "Real Madrid" üçün vurub. O, Fransa yığmasında 37, "Lion"da 66, "Əl-İttihad"da isə 44 dəfə fərqlənməyi bacarıb.